PDF Oxu

İqtisadiyyat

  • 1 450

Azərbaycan və Gürcüstan enerji tənzimlənməsi sahəsində əməkdaşlığı genişləndirir

image

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Gürcüstan Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyası (GNERC) arasında birinci onlayn seminar keçirilib.Agentlikdən SİA-ya bildirilib ki, tədbiri açan EMTA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ağa Hacızadə seminarın müvafiq sahədə məlumatlılığın artırılması və təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb.Seminarda EMTA-nın Enerji sahəsində liberallaşdırma şöbəsinin müdiri Elmar Güləliyev “Azərbaycanın elektrik enerjisi sektoruna ümumi baxış” adlı təqdimat ilə çıxış edərək ölkəmizdə mövcud enerji istehsalı gücləri, elektrik enerjisi bazarının hazırkı strukturu, bərpaolunan enerji mənbələri potensialı, bazar elementlərinin tətbiqi, eləcə də Enerji effektivliyi fondu haqqında məlumat verib.GNERC-nin Kommersiya xidmətlərinin keyfiyyətinə nəzarət şöbəsinin direktoru Ana Zaridze “GNERC-nin tənzimləmə mexanizmləri: Xidmət keyfiyyətinin monitorinqi və istehlakçı məmnuniyyətinin qiymətləndirilməsi” adlı təqdimatla çıxış edib. O, xidmət keyfiyyəti, təchizatın davamlılığı, texniki və kommersiya keyfiyyəti anlayışları barədə ümumi məlumat verib, xidmət keyfiyyətinin ölçülməsi üçün Gürcüstanda tətbiq olunan monitorinq sistemi, bu sahədə mövcud hüquqi normativ çərçivə, eləcə də istehlakçılara yönəlmiş “Hüquqlarını bil” adlı maarifləndirmə kampaniyası barədə danışıb.GNERC-nin Elektrik enerjisi şöbəsinin baş mütəxəssisi İna Osikmaşvili isə öz növbəsində “Elektrik şəbəkəsinin inkişaf planları: Qiymətləndirmə və təsdiq prosesləri” adlı təqdimatında elektrik şəbəkəsinin inkişaf planlarının qiymətləndirilməsi və təsdiqlənməsi prosedurları, o cümlədən Gürcüstanda elektrik enerjisi şəbəkəsinin 10 illik inkişaf planı və enerji investisiya layihələrinin GNERC tərəfindən qiymətləndirilməsinə dair məlumat verib. Bazar monitorinqi və daxili audit departamentinin baş mütəxəssisi Beka Şoniya isə öz təqdimatında Qara dəniz sualtı kabel layihəsi, o cümlədən onun əsas detalları və texniki-iqtisadi əsaslandırması, eləcə də Gürcüstanda generasiya güclərinin genişləndirilməsi barədə danışıb.Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.Qeyd edək ki, 2024-cü il fevralın 21-də EMTA ilə GNERC arasında enerji tənzimlənməsi sahəsində anlaşma memorandumu imzalanıb. Tərəflər təcrübə və məlumat mübadiləsinin aparılması, eləcə də müxtəlif təlim proqramları üzrə, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi istiqamətində təlimlərin təşkil olunması ilə bağlı razılığa gəliblər.

Digər xəbərlər