"İşğaldan azad olunmuş ərazilərdə xüsusi turizm zonalarının yaradılması, xüsusilə Kəlbəcərdə turizm zonasının yaradılması ilə bağlı sənədlər Prezident Adminsitrasiyasına təqdim olunub." Bu barədə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova Milli Məclisin Əmək və sosial siyasət komitəsində "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai dinləmədə deyib. Sədr müavini vurğulayıb ki, həmçinin, Laçın və digər ərazilərdə də qiymətləndirmələr aparılır.
"Sanatoriyaların, eləcə də müalicə mərkəzlərinin sertifikatlaşdırılması ilə bağlı Səhiyyə Nazirliyinə də müraciət olunub. Sertifikatlaşdırma işlərinin ilkin mərhələdə aparılması üçün konsepsiya sənədləri hazırlanıb", - deyə o əlavə edib. O bildirib ki, Xocavəndin Tuğ kəndində qastroturizm inkişafı ilə bağlı layihələr hazırlanır.
Mətləb
Rusiya Maliyyə Nazirliyi borc almamaq qərarına gəlib…
Rusiyada yanacaq böhranı tarlalara çatıb və buğda məhsulunu təhdid edir...
Rusiyada yanacaq böhranı nəzarətdən çıxır...
Müharibə Rusiyada biznesləri dağıdıcıdır...
135 milyon barel Rusiya nefti dənizdə ilişib qalıb...
Müflisləşmələrin sayı artmaqdadır...