PDF Oxu

İqtisadiyyat

  • 2 356

"Bayram öncəsi qiymət artımı müvəqqətidir" - EKSPERT AÇIQLADI

image

"Bazarlarda qiymət artımı təkcə bayram ərəfəsi ilə bağlı deyil. Əslində, bu artımlar fevral ayında da müşahidə olunurdu, yanvar ayında da var idi, hətta dekabr ayında da qiymətlərdə artım hiss olunurdu".SİA mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimlinin fikirlərini öyrənib.O bildirib ki, bazarlarda baş verən qiymət dəyişiklikləri yalnız bayram faktoruna bağlı deyil: 'Lakin bayram ərəfəsində müəyyən məhsullara – xüsusilə bayram süfrəsi üçün istifadə olunan məhsullara – tələbat artdığına görə bazar qanunlarına uyğun olaraq qiymətlərdə müəyyən artım müşahidə olunur. Bu, normal bazar prosesidir: tələbat yüksəldikcə qiymətlər də müəyyən qədər artır. Bayram dövründə həmin məhsullarda müvəqqəti qiymət artımı baş verir, lakin bayramdan sonra adətən bu qiymətlər yenidən sabitləşir və əvvəlki səviyyəyə qayıdır.Qiymətlərin ümumilikdə yüksək olmasına təsir edən əsas amillərdən biri ölkədə müşahidə olunan inflyasiyadır. Son proseslərdə İranla bağlı baş verən hadisələr də bazara müəyyən təsir göstərə bilər. Çünki bazara daxil olan məhsullar arasında daha ucuz məhsulların bir hissəsi İrandan gətirilirdi və bu da qiymətlərin müəyyən qədər tarazlaşmasına kömək edirdi.Bundan başqa, İran həm də tranzit ölkə rolunu oynayırdı. Türkiyədən gələn məhsulların bir qismi İran üzərindən ölkəmizə çatdırılırdı. Eyni zamanda, Çindən gələn bəzi məhsulların da müəyyən hissəsi İran vasitəsilə bazara daxil olurdu. Bu səbəbdən son proseslərin bazara təsiri artıq hiss olunmağa başlayıb və gələcəkdə də müəyyən təsirlər göstərə bilər.
Yəni ümumilikdə tələbatın artması bazarın normal prosesidir. Digər tərəfdən isə inflyasiya faktoru mövcuddur".
Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...