PDF Oxu

İqtisadiyyat

  • 2 663

“Neft qiymətlərinin yüksəlməsi enerji ixrac edən ölkələrin valyuta gəlirlərini artırır” - EKSPERT DANIŞDI

image

“Bəzi proqnozlara əsasən, qlobal gərginliyin artması fonunda neftin qiymətinin 200 dolları ötə biləcəyi ehtimalı irəli sürülür. Bu kimi ssenarinin qlobal maliyyə və valyuta bazarlarına mümkün təsirləri də geniş şəkildə müzakirə olunur”.Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.Onun sözlərinə görə, belə bir vəziyyət dünya iqtisadiyyatına və valyuta bazarlarına müxtəlif istiqamətlərdə təsir göstərə bilər. Neft qiymətlərinin kəskin yüksəlməsi ilk növbədə enerji ixrac edən ölkələrin valyuta gəlirlərinin artmasına səbəb olur. Bu isə onların tədiyə balansının yaxşılaşmasına və milli valyutalarının müəyyən qədər möhkəmlənməsinə şərait yaradır.Digər tərəfdən, enerji idxalından asılı olan ölkələr üçün bu proses əks təsir göstərə bilər. Enerji xərclərinin artması həmin ölkələrdə inflyasiya təzyiqlərini gücləndirir və milli valyutalar üzərində əlavə risklər formalaşdırır.ABŞ dolları baxımından isə vəziyyət daha mürəkkəb xarakter daşıyır. Qlobal qeyri-müəyyənlik dövrlərində dollar ənənəvi olaraq “təhlükəsiz liman” valyutası kimi qəbul edilir və investorlar riskli aktivlərdən uzaqlaşaraq daha çox dollar aktivlərinə yönəlirlər. Bu da bəzi hallarda dolların beynəlxalq bazarlarda möhkəmlənməsinə gətirib çıxarır.Eyni zamanda, enerji qiymətlərinin yüksəlməsi qlobal inflyasiyanın artmasına səbəb ola bilər. Bu isə mərkəzi bankların monetar siyasətinə təsir göstərərək valyuta bazarlarında əlavə dalğalanmalar yaradır.Belə bir ssenaridə valyuta bazarlarında dəyişkənliyin artması ehtimalı yüksəlir. Enerji ixrac edən ölkələr üçün əlavə valyuta daxilolmaları müəyyən sabitləşdirici rol oynasa da, qlobal iqtisadi qeyri-müəyyənlik fonunda maliyyə bazarlarında volatillik arta və müxtəlif valyutaların məzənnəsində fərqli istiqamətli dəyişikliklər müşahidə oluna bilər”.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...