PDF Oxu

İqtisadiyyat

  • 2 611

Azərbaycanda investisiya, yubiley və xatirə pul nişanlarının satışı və geri alınması qaydası dəyişib

image

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 11 avqust 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Tədavülə buraxılan investisiya, yubiley və xatirə pul nişanlarının satışı və geri alınması Qaydası"nda dəyişikliklər edib.SİA xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.Qərara əsasən, bundan sonra onlayn satın alınmış yubiley və xatirə pul nişanı sistemdə seçilən vaxtda müvafiq satış məntəqəsindən əldə edilmədikdə AMB alıcı və yaxud onun nümayəndəsi ilə əlaqə yaradacaq və razılaşdırılmış yeni vaxt müəyyən edəcək. Alıcı və yaxud onun nümayəndəsi yeni vaxtda da yubiley və xatirə pul nişanını müvafiq satış məntəqəsindən təhvil almadıqda sifariş ləğv ediləcək. Bu halda, ödənilmiş məbləğ Elektron Xidmətlər Portalının elektron müraciət sistemində göstərilmiş bank rekvizitləri əsasında 3 iş günündə alıcının bank hesabına geri qaytarılacaq.Bundan başqa, AMB pul nişanını geri aldıqda onun ekspertizası təqdim edən şəxsin (və yaxud onun nümayəndəsinin) birbaşa iştirakı ilə aparılacaq və dəyəri həmin gün "Nağdsız hesablaşmalar haqqında" qanunun tələbləri nəzərə alınmaqla nağd və yaxud nağdsız qaydada həmin şəxsə ödəniləcək.Geri alınması üçün təqdim olunan pul nişanının ilkin ekspertizası zamanı onun həqiqiliyinə şübhə yarandıqda müvafiq pul nişanı onu təqdim edən şəxsin razılığı və birbaşa iştirakı ilə qablaşdırılır, ərizə əsasında satış agenti onu AMB-yə göndərir. Ərizə 3 nüsxədə tərtib olunur. Nüsxələrdən biri AMB-də, digəri satış agentində, üçüncüsü isə pul nişanını təqdim edən şəxsdə saxlanılır. Təqdim olunmuş pul nişanının ekspertizası 10 iş günündə aparılır. Ekspertiza nəticəsində pul nişanının həqiqiliyi təsdiq edildiyi halda, yubiley və xatirə pul nişanları üzrə onun nominal dəyəri, investisiya pul nişanları üzrə isə agent banka təhvil verildiyi tarixə AMB-nin internet səhifəsində müəyyən edilmiş geri alış qiyməti 3 iş günü müddətində müvafiq şəxsin bank hesabına köçürülür. Ekspertiza zamanı pul nişanının həqiqiliyinə şübhə yarandıqda müvafiq pul nişanını AMB əvvəlcədən razılıq alınmaqla istehsalçı şirkətə ekspertizaya göndərir.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...