PDF Oxu

İqtisadiyyat

  • 3 422

İki ayda 59 minədək mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

image

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən cari ilin yanvar-fevral ayları ərzində daşınmaz əmlak üzərində 58 min 996 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.ƏMDX-dən SİA-ya bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 10 min 448-i (17,7 faiz) ilkin, 48 min 548-i (82,3 faiz) isə təkrar qeydiyyatın payına düşür.Yanvar-fevral ayları ərzində fərdi yaşayış və bağ evi üzərində 12 min 704, mənzil 13 min 865, torpaq sahəsi 30 min 313, qeyri-yaşayış binası 561, qeyri-yaşayış sahəsi 1452, əmlak kompleksi 85 və çoxmərtəbəli yaşayış binaları üzərində 16 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 14 min 604-ü Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.Bu ilin yanvar-fevral ayları ərzində 41 min 323 texniki pasport tərtib edilib, 10 min 4 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Digər xəbərlər

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...

İki fərqli şəkil...

Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?