PDF Oxu

İqtisadiyyat

  • 2 548

Ukrayna kəşfiyyatı: Rusiyanın bank sistemi çökmək üzrədir...

Kreml təcili əks tədbirlər hazırlayır...

image

...Mobil internet kəsintiləri və maliyyə məhdudiyyətlərinin sərtləşdirilməsi fonunda ruslar getdikcə daha çox bank xidmətlərindən imtina edərək nağd pula üstünlük verirlər.

SİA xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidməti məlumat verib.

Agentliyin məlumatına görə, yanvar ayında Rusiya vətəndaşları hesablardan və depozitlərdən 19,7 milyard dollardan çox pul çıxarıblar, bank sisteminə isə cəmi 5,8 milyard dollar qaytarılıb.

Beləliklə, vəsaitlərin xalis axını 13,9 milyard dollar təşkil edib. Bu, son 16 ildə ikinci ən yüksək aylıq rəqəmdir - yalnız 25,9 milyard dollar çıxarıldığı 2022-ci ilin mart ayında daha yüksək rəqəm müşahidə olunub.

Kəşfiyyat xidməti bu tendensiyanı bir sıra amillərin kombinasiyası ilə əlaqələndirir: maliyyə əməliyyatları üzərində nəzarətin artırılması, internet infrastrukturunun kəsilməsi və əmanətlər əvəzinə istehlakçı xərclərinin artması.

Nəticədə qeyd olunur ki, gündəlik həyatda nağd pula bir növ "qayıdış" müşahidə olunur.

...Bank sistemi üçün nəticələr mənfidir. Əmanətçilərin vəsaitləri faktiki olaraq kapital kəsiri yaşayan ən böyük bankların maliyyə əsasına çevrilib. Eyni zamanda, bu resurslar dövlət istiqrazlarının alınması və dövlət korporasiyalarına və müdafiə sənayesi müəssisələrinə kreditlərin verilməsi üçün istifadə olunur. Əmanətlərin azalması ilə hakimiyyət orqanları əlavə tədbirlər, o cümlədən vəsaitlərin çıxarılması ilə bağlı məhdudiyyətlər tətbiq edə bilər, - deyə bəyanatda bildirilir.

Əli Babayev

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...