Bu ilin yanvar ayında Azərbaycandan Türkiyəyə ümumilikdə 1 milyard 037,49 milyon kubmetr təbii qaz ixrac edilib. SİA xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, 2025-ci ilin ilk ayı ilə müqayisədə 29,96 % çoxdur.
Bununla da yanvarda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən üçüncü ölkə olub. Həmin ay Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 13,43 %-i Azərbaycanın payına düşüb.
Xatırladaq ki, ötən ilin yanvar ayında Azərbaycan Türkiyəyə 798,34 milyon kubmetr təbii qaz ixrac edib.
Bu ilin yanvar ayında Türkiyə ümumilikdə 7 milyard 723,22 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2025-ci ilin eyni aylarının göstəricisi ilə müqayisədə 18,94 % çoxdur.
Yanvar ayında Türkiyəyə 3 milyard 870,99 milyon kubmetr qaz boru kəməri vasitəsilə ixrac olunub (50,12 %), 3 milyard 852,23 milyon kubmetr isə (49,88 %) mayeləşdirilimiş təbii qazın (LNG) payına düşüb.
Yanvarda Türkiyəyə qaz ixracına görə birinci yeri ABŞ tutub. Ay ərzində ABŞ-dən Türkiyəyə 2 milyard 755,38 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2025-ci ilin ilk ayı ilə müqayisədə 74,75 % çoxdur.
Yanvar ayında ikinci yerdə Rusiya qərarlaşıb. Bu ölkə həmin ay Türkiyəyə 2 milyard 703,45 milyon kubmetr qaz nəql edib. 2025-ci ilin ilk ayı ilə müqayisədə Rusiyadan Türkiyəyə qaz nəqli 2,8 % azalıb.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...
Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...
Bir mədən dünya rekordu qıra bilər...
Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?