PDF Oxu

İqtisadiyyat

  • 2 696

Yaxın Şərqdəki müharibə investorları qorxutmayıb...

Şirkətlər bunu uzunmüddətli strategiyaları ilə əlaqələndirirlər...

image

...İran ətrafında gərginləşən münaqişəyə və bölgədə artan risklərə baxmayaraq, Qərb şirkətləri Yaxın Şərqdəki əsas investisiya layihələrini məhdudlaşdırmır və onu əsas böyümə sahəsi kimi görməyə davam edirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə "The Wall Street Journal" yazır.

Müharibə artıq regiona təsir edib. Hörmüz boğazından keçən təchizatlar kəsilib, aviaşirkətlər marşrutları dəyişdirir, beynəlxalq tədbirlər ləğv edilir və analitiklər turizmin 2026-cı ildə 11-27 faiz azala biləcəyini təxmin edirlər.

BƏƏ-də mart ayında otellərin doluluq nisbəti 60 faizdən çox azalıb. Buna baxmayaraq, meqalayihələr inkişaf etməyə davam edir.

Səudiyyə Ərəbistanında rekord sayda attraksionu olan Six Flags Qiddiya City tematik parkı açılıb, yaxınlıqda isə "Formula 1" yarış meydançası, stadion və eSports arenaları tikilir.

BƏƏ-də 5 milyard dollarlıq Wynn kurortunun tikintisi davam edir və Disney regiona daxil olmaq planlarını təsdiqləyir. Şirkətlər bunu uzunmüddətli strategiya və turizmdən texnologiyaya qədər iqtisadi şaxələndirməyə yüz milyardlarla dollar sərmayə qoyan Körfəz dövlətlərinin əhəmiyyətli dəstəyi ilə əlaqələndirirlər.

Hətta texnologiya nəhəngləri belə geri çəkilmir: Amazon, münaqişənin ilk günlərində bir neçə obyektə dəyən ziyana baxmayaraq, bölgədə məlumat mərkəzlərini inkişaf etdirməyə davam edir.

Oracle və OpenAI də BƏƏ-də infrastrukturu genişləndirir. Pərakəndə və lüks mallar azalmış trafik və təchizat zəncirindəki fasilələrlə üzləşsə də, brendlər tələbatın bərpasına ümid edərək yeni mağazalar açmaq planlarından imtina etmirlər.

Mütəxəssislər qeyd edirlər ki, şirkətlər böhranın qısamüddətli olmasına mərc edirlər.

Sənaye nümayəndələri deyirlər ki, "Biz uzunmüddətli perspektivə baxırıq".

Əli Babayev

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...