Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 589,1 min dekalitr meyvə şirəsi istehsal edilib.
SİA -ya Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,2 % azdır.
Bundan başqa, hesabat dövründə Azərbaycanda 23 min 410,8 ton meyvə-tərəvəz konservləri istehsal edilib ki, bu, bir il öncəki göstəriciyə nisbətən 15,2 % azdır.
Bu il martın 1-nə ölkədə 797,9 min dekalitr meyvə şirəsi ehtiyatı, 18 min 247,8 ton isə meyvə-tərəvəz konservləri ehtiyatı yaranıb. Bu da, illik müqayisədə müvafiq olaraq 11,6 % və 9,3 % azdır.
Hesabat dövründə Azərbaycanda 937,7 milyonmanatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 11,4 % çoxdur.
Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...
Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...
Bir mədən dünya rekordu qıra bilər...
Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?