PDF Oxu

İqtisadiyyat

  • 2 792

TAP vasitəsilə Azərbaycandan Avropaya qaz tədarükü barədə məlumat açıqlandı

image

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) martın 30-da Yunanıstanın Kipoi çıxış nöqtəsindən 367 milyon 848 min 997 kVt/saat həcmində sifariş alıb. TAP-ın elektron platformasında yer alan məlumatda deyilir ki, bu, ötən həftənin bazar ertəsinə olan sifariş göstəriciləri ilə müqayisədə 0,81 % azdır.

Kipoi çıxış nöqtəsindən martın 31-dən aprelin 5-dək hər gün üçün 367 milyon 848 min 997 kVt/saat həcmində sifariş alınıb. Bu göstərici 24, 25, 27 və 29 mart tarixlərinə olan sifariş göstəriciləri ilə müqayisədə dəyişməyib, martın 26-na nisbətən isə 0,83 % azalıb.

Yunanıstanın Komotini çıxış nöqtəsindən martın 30-dan aprelin 5-dək hər gün üçün 28 milyon 674,418 min kVt/saat həcmində sifariş alınıb. Bu, martın 28-nə olan sifariş (artım 4,35 %) istisna olmaqla əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün martın 30-dan aprelin 5-dək 304 milyon 828,278 min kVt/saat həcmində sifariş qəbul edilib. Bu, 23, 24 və 29 mart tarixlərinə olan sifariş göstəricisinə uyğundur.

Bu çıxış nöqtəsindən 25, 26 və 27 mart tarixlərinə olan göstəricilərlə ilə müqayisədə sifariş həcmi müvafiq olaraq 0,78 %, 0,16 % və 2,13 % azalıb, martın 28-nə olan göstəriciyə nisbətən isə sifarişin həcmi 4,35 % artıb.

Mətləb

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...