PDF Oxu

İqtisadiyyat

  • 2 211

Azərbaycanda sifarişli daşımalara buraxılış vəsiqəsi almaq üçün tələblər sərtləşib

image

Prezident İlham Əliyev Milli Məclisin martın 3-də qəbul etdiyi "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.SİA xəbər verir ki, yenilənmiş qanuna əsasən, ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi almaq istəyənlər aşağıdakı sənədləri də təqdim etməli olacaqlar:
- sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatı;
- avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və tibb məntəqəsi ilə müqavilələri;
- ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirən sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədləri;
-qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə həmçinin:
- avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;
- avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təsdiq edən müvafiq icbari sığortası;
- bu Qanunun 27.2-ci maddəsində nəzərdə tutulan halların təsdiqedici sənədləri.

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...