Nazirlər Kabineti gömrük və qiymətli metallar sahəsində qanunvericiliyin tətbiqi ilə bağlı yeni qərar qəbul edib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərar Prezidentin 16 mart 2026-cı il tarixli fərmanının icrasını təmin etməyə yönəlib.
Sənədə əsasən, Ədliyyə Nazirliyi aidiyyəti dövlət qurumları ilə birlikdə normativ hüquqi aktların yeni qanunvericiliyə uyğunlaşdırılması ilə bağlı təkliflərini 5 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Bununla yanaşı, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi emal edilməmiş almazların idxalı, ixracı və dövriyyəsinə dövlət nəzarəti ilə bağlı qaydaların və sertifikat formasının layihəsini bir ay müddətində təqdim edəcək. Qərara əsasən, digər mərkəzi icra hakimiyyəti orqanları da öz normativ aktlarını qanun və fərmana uyğunlaşdırmalı, bu barədə məlumatları Ədliyyə Nazirliyinə təqdim etməlidirlər. Eyni zamanda, Ədliyyə Nazirliyi bütün normativ aktların uyğunlaşdırılmasını təmin edərək 6 ay müddətində Nazirlər Kabinetinə hesabat təqdim etməlidir.
Mətləb Salahov
Şirkətlər bunu uzunmüddətli strategiyaları ilə əlaqələndirirlər...