PDF Oxu

İqtisadiyyat

  • 3 176

Azərbaycanda sabit genişzolaqlı və mobil internetin sürəti isə artıb

image

Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan "Ookla" mart ayı üzrə "Speedtest Global Index" hesabatını təqdim edib. Yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 91,37 Mb/s, mobil internetin median sürəti isə 95,43 Mb/s olub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, fevral ayı ilə müqayisədə sabit genişzolaqlı internetin həcmi 0,10 Mb/s və ya 0,11 faiz, mobil internetin sürəti isə 0,48 Mb/s və ya 0,51 faiz yüksəlib.

İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 17,75 Mb/s (24,11 faiz), mobil internetin sürəti isə 20,81 Mb/s (27,89 faiz) artıb.

Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində mövqeyinin yüksəldiyini təsdiqləyir.

Digər xəbərlər

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...

İki fərqli şəkil...

Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?