PDF Oxu

İqtisadiyyat

  • 3 930

Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiya oktyabrda Afinada toplanacaq

image

Yunanıstan-Azərbaycan birgə Hökumətlərarası Komissiyanın növbəti iclası bu ilin oktyabrında Afinada keçiriləcək. Bu barədə Yunanıstanın Bakıdakı səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb. Məlumata görə, Yunanıstanın səfiri Mariya Papakonstantinu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla görüş keçirib və görüş zamanı tərəflər turizm sahəsində əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə ediblər.

Qeyd olunur ki, görüş iştirakçıları ikitərəfli əlaqələrin inkişafı, xüsusən də qarşılıqlı turist axınının artırılması kontekstində mühüm potensialın olması ilə razılaşıblar. "Görüş zamanı hər iki tərəf turizm sahəsində ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi üçün böyük perspektivlərin mövcud olması ilə razılaşıb, eyni zamanda qarşılıqlı turist axınının artırılması üçün bütün il boyu birbaşa hava əlaqəsinin qurulmasının vacibliyini vurğulayıblar", - məlumatda bildirilib.

Həmçinin qeyd edilir ki, ölkələr arasında bütün ilboyu birbaşa hava əlaqəsinin qurulmasının vacibliyinə, eləcə də AZAL aviaşirkətinin artıq ardıcıl olaraq ikinci ildir ki, həyata keçirdiyi Bakı-İraklion marşrutu üzrə reyslərinin əhəmiyyətinə xüsusi diqqət yetirilib.

Mətləb

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...