PDF Oxu

İqtisadiyyat

  • 1 303

“Strateji planın icrası üzrə əhəmiyyətli nəticələr əldə olunub, lakin təkmilləşməyə ehtiyac qalır” - Vüqar Gülməmmədov

image

“2021–2025-ci illər üzrə strateji planın hədəflərinin əksəriyyətinə nail olunub. Plan beynəlxalq təcrübəyə uyğun olaraq illik əməliyyat planları vasitəsilə icra edilib və bu müddətdə 5 əməliyyat planı hazırlanıb”.SİA xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov plenar iclasda çıxışı zamanı deyib.O bildirib ki, əməliyyat planlarının icra səviyyəsi təxminən 90 faiz, monitorinq göstəriciləri isə 80 faizdən çox olub. Ayrılan büdcənin icrası da 80 faizdən yuxarı qeydə alınıb ki, bu da ümumi effektivliyi göstərir.Vüqar Gülməmmədov qeyd edib ki, strateji planda müəyyən edilən iki yekun və doqquz aralıq nəticə üzrə əhəmiyyətli irəliləyişlər əldə olunub.Eyni zamanda o vurğulayıb ki, səmərəlilik auditlərinin ümumi audit portfelində payı hədəfə tam çatmayıb: “Bu istiqamətdə 93 faiz nailiyyət olsa da, təkmilləşməyə ehtiyac qalır”.Sədr bildirib ki, buna səbəb auditin resurs tutumlu olması və performans büdcələşməsinin tam reallaşmamasıdır.O əlavə edib ki, 2021–2025-ci illər ərzində bəzi informasiya sistemlərinin ilk dəfə auditi aparılıb, lakin kadr potensialının məhdudluğu səbəbindən bu sahədə 87 faiz nəticə əldə olunub.Vüqar Gülməmmədov qeyd edib ki, hazırda bir neçə dövlət qurumu ilə birgə və ayrıca informasiya sistemlərinin auditi üzrə müzakirələr aparılır və 5-dən çox dövlət qurumunun məlumatlarının Hesablama Palatasının sisteminə ötürülməsi ilə bağlı razılıq əldə olunub.
Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər