PDF Oxu

İqtisadiyyat

  • 3 524

Azərbaycan Çin ilə dayanıqlı şəhərsalma üzrə əməkdaşlığı müzakirə edib

image

Azərbaycan və Çin arasında dayanıqlı şəhərsalma üzrə əməkdaşlıq müzakirə olunub.Bu barədə SİA-ya Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.Məlumata əsasən, bununla bağlı müzakirələr Komitənin sədri Anar Quliyev ilə Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşdə aparılıb.Görüşdə Azərbaycan və Çin arasındakı mövcud strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb, müxtəlif istiqamətlərdə, xüsusilə şəhərsalma və infrastruktur layihələri sahəsində əməkdaşlığın perspektivləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb.Müzakirələrin əsas mövzularından biri Bakı şəhərinin ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) olub.Anar Quliyev qeyd edib ki, WUF13 dayanıqlı şəhər inkişafının gələcəyini formalaşdıran ən mühüm qlobal platformalardan biridir. Bu mənada Çin tərəfinin Forumda fəal iştirakı və qlobal urbanizasiya proseslərinə verə biləcəyi töhfələr məmnunluqla qarşılanıb.Komitə sədri Forum çərçivəsində Çinin həm yüksək səviyyəli dövlət rəsmiləri, həm də akademik dairələr və özəl sektor təmsilçiləri ilə geniş tərkibdə iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

Digər xəbərlər

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...

İki fərqli şəkil...

Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?