PDF Oxu

İqtisadiyyat

  • 2 893

Azərbaycan Misir ilə iqtisadi əməkdaşlığı müzakirə edib

image

Azərbaycan və Misir arasında qarşılıqlı biznes missiyalarının təşkili və investisiyaların təşviqi üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.SİA bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.Bildirilib ki, bununla bağlı müzakirələr Agentliyin icraçı direktoru Yusif Abdullayev ilə Misirin Azərbaycandakı səfiri Houssam-Eldine Reda arasında görüşdə aparəlıb.Y.Abdullayev AZPROMO-nun fəaliyyət istiqamətləri, Misirlə iqtisadi və ticarət əlaqələri barədə məlumat verib.Houssam-Eldine Reda isə iki ölkə arasında iqtisadi tərəfdaşlığın dərinləşməsi, yeni biznes təşəbbüslərinin yaranması üçün əlverişli şəraitin olduğunu qeyd edib.Görüşdə Azərbaycan ilə Misir arasında potensial əməkdaşlıq istiqamətləri, həmçinin qarşılıqlı işgüzar səfərlərin təşkili ətrafında fikir mübadiləsi aparılıb. Bundan başqa, əczaçılıq, turizm, nəqliyyat, rabitə, tikinti və infrastruktur sahələrində tərəfdaşlıq imkanları nəzərdən keçirilib. Tərəflər özəl sektor nümayəndələri arasında əlaqələrin genişləndirilməsi, biznes missiyalarının təşkili və qarşılıqlı investisiyaların təşviqi istiqamətində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

Digər xəbərlər

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...

İki fərqli şəkil...

Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?