PDF Oxu

İqtisadiyyat

  • 2 850

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1725 monitorinq aparılıb

image

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan vətəndaşlarının övladlığa götürdüyü uşaqların həyat şəraiti ilə bağlı 1183, əcnəbilərin övladlığa götürdüyü azərbaycanlı uşaqların həyat şəraitinin öyrənilməsi üçün 26, himayədar ailələrə verilmiş uşaqların ailədəki sosial-psixoloji vəziyyətinin yoxlanılması məqsədilə 516 monitorinq aparılıb və hər hansı neqativ hal aşkar edilməyib.SİA xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin mayın 8-də keçirilən birgə iclasının gündəliyinə daxil edilmiş İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında yer alıb.Qeyd edilib ki, 21 sosial xidmət müəssisəsi vasitəsilə həssas əhali qruplarından olan 3 mindən çox şəxsə xidmət göstərilib, əlilliyi olan 2 mindən çox şəxsə birdəfəlik maddi yardım verilib, həssas təbəqədən olan ailələrə 400 mənzil təqdim olunub. Sosial sifarişlər çərçivəsində uşaqlar üçün 30 günərzi qayğı mərkəzi yaradılıb, “Təhsildə sosial iş” layihəsi çərçivəsində 1140 ümumi təhsil müəssisəsində ilkin və təkrar monitorinqlər aparılıb. Uşaqlar arasında risk faktorlarının aşkarlanması məqsədilə onlardan 1392 nəfəri böhran vəziyyətinin qiymətləndirilməsinə cəlb edilib.

Digər xəbərlər

Avropada qaz qiymətləri düşməyə başlayıb...

Son günlərdə bir neçə qaz daşıyıcısı Hörmüz boğazından uğurla keçib...

Rusiya fond bazarı son altı ayda ən aşağı səviyyəyə düşüb...

Moskva Birjasının indeksi Rusiya Xarici İşlər Nazirliyinin Kiyevə hava hücumları elan etməsindən sonra kəskin şəkildə aşağı düşüb...

İtaliya fond bazarı 26 ilin ən yüksək səviyyəsinə çatıb...

Əsas indeksin artımı enerji və istehsal səhmləri hesabına baş verib...

The National Interest: “Bir kəmər, bir yol” tikişləri partlayır...

Kremlin müharibələri Çin və Orta Asiyaya zərbə vurub...