“Bu cür tədbirlərin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Yanğın təhlükəsizliyinin təmin olunması sahəsində dövlət nəzarətinin gücləndirilməsi və mütəxəssislərin bu proseslərdə fəal iştirakı mühüm rol oynayır”.SİA xəbər verir ki, bu fikirləri Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Cəmil Xudiyev Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Şəhərsalma fəaliyyətində tikinti, yanğın, texniki və radiasiya təhlükəsizliyinin təmin olunmasında dövlət nəzarəti” mövzusunda keçirilən dəyirmi masada səsləndirib.Cəmil Xudiyev bildirib ki, Ümumdünya Şəhərsalma Forumu 13-cü sessiyası (WUF13)nın Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq nüfuzunun artmasının, dayanıqlı inkişaf prinsiplərinə sadiqliyinin və müasir şəhərsalma siyasətinə verdiyi önəmin göstəricisidir.Onun sözlərinə görə, forum yalnız şəhərlərin inkişafına dair müzakirə platforması deyil, həm də təhlükəsizlik, dayanıqlılıq və insan həyatının qorunması kimi fundamental məsələlərin beynəlxalq səviyyədə müzakirə olunduğu mühüm bir tədbirdir.Rəis müavini vurğulayıb ki, müasir şəhər anlayışı artıq təkcə memarlıq və infrastrukturla məhdudlaşmır: “Bu gün şəhərlərin əsas keyfiyyət göstəricilərindən biri onların təhlükəsizlik səviyyəsidir. Təhlükəsizlik təmin olunmadan dayanıqlı inkişafdan danışmaq mümkün deyil”.Cəmil Xudiyev qeyd edib ki, sürətli urbanizasiya, əhali sıxlığının artması, hündürmərtəbəli yaşayış binalarının, iri ticarət və logistika mərkəzlərinin çoxalması yanğın təhlükəsizliyi sahəsində yeni çağırışlar yaradır.O əlavə edib ki, yanğın təhlükəsizliyi yalnız fövqəladə hallara reaksiya ilə məhdudlaşmır: “Əsas məqsəd yanğınların qarşısının alınması, risklərin vaxtında müəyyən edilməsi və insanların təhlükəsizliyinin tam təmin olunmasıdır”.
Müəllif: Günel Fərzəliyeva
Rus rublu maliyyə qaydalarına baxmayaraq möhkəmlənməyə davam edir...
Rusiya istiqraz bazarının təxminən dörddə biri risk altındadır...
Əsas “metal” zərbəsini təbii ki, ABŞ vurub...
Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.
Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...
Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...
Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…