PDF Oxu

İqtisadiyyat

  • 1 043

Maliyyə Nazirliyində İctimai şura üzvləri ilə görüş keçirilib

image

Bu gün Maliyyə Nazirliyində Nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib.SİA bu barədə nazirliyə istinadən xəbər verir.Məlumata görə, görüşdə qurumun Aparatının Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva mühasibat uçotu və audit sahəsində həyata keçirilən islahatlar, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, beynəlxalq standartların tətbiqi və elektronlaşma istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.Bildirilib ki, "Mühasibat uçotu haqqında" Qanuna edilmiş son dəyişikliklərə əsasən büdcə təşkilatlarında mühasibat uçotunun mərhələli şəkildə elektron formada aparılması nəzərdə tutulur. Bununla bağlı "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin "e-mühasibat" altsisteminin yaradılması üzrə mühüm addımlar atılıb, müvafiq Prezident Fərmanı və Nazirlər Kabinetinin qərarları qəbul edilib. Qeyd olunub ki, "e-mühasibat" altsistemi vasitəsilə maliyyə hesabatlarının elektron qaydada təqdim edilməsi, beynəlxalq standartların rəsmi mətnlərinə çıxış, hüquqi aktların elektron bazası, proqram təminatları və maarifləndirici məlumatların vahid platformada yerləşdirilməsi təmin olunacaq.Görüşdə ciddi hesabat blanklarının elektronlaşdırılması istiqamətində hazırlanmış qanunvericilik aktlarının layihələri, elektron ciddi hesabat blanklarının tətbiqi qaydaları, eləcə də pilot layihələrin icrası barədə məlumat verilib. Həmçinin, maliyyə hesabatlarının beynəlxalq standartlarının tətbiqi, dayanıqlı inkişaf hesabatlılığı, mühasiblərin sertifikatlaşdırılması, dövlət maliyyəsinin rəqəmsallaşdırılması və GRP platformasının yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Qeyd olunub ki, mühasibat uçotu və audit sahəsində aparılan islahatlar şəffaflığın artırılması, idarəetmənin təkmilləşdirilməsi və elektron xidmətlərin genişləndirilməsini ehtiva edir.İctimai şuranın sədri İnqilab Əhmədovun və digər şura üzvlərinin təklifləri dinlənilib. Maliyyə Nazirliyinin fəaliyyətində ictimai iştirakçılığı təmin etmək məqsədi ilə şura üzvlərinin mütəmadi məlumatlandırılmasının önəmi vurğulanıb, bu mövzuda geniş fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Vəziyyət Maliyyə Nazirliyi üçün kritikdir...

Rus rublu maliyyə qaydalarına baxmayaraq möhkəmlənməyə davam edir...

Rusiyanın borc böhranı getdikcə daha da sürətlənməkdədir...

Rusiya istiqraz bazarının təxminən dörddə biri risk altındadır...

Kuba iqtisadiyyatı çökmək üzrədir...

Əsas “metal” zərbəsini təbii ki, ABŞ vurub...

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…