PDF Oxu

İqtisadiyyat

  • 1 251

AYNA: WUF13 çərçivəsində 24 minə yaxın sərnişin daşınıb

image

Azərbaycanın ev sahibliyi etdiyi 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qonaqların və tədbir iştirakçılarının "Neoplan" markalı və elektrikli avtobuslarla rahat, fasiləsiz və təhlükəsiz daşınması təmin edir.

Bu barədə SİA-ya AYNA-dan məlumat verilib.

Bildirilib ki, forumda iştirak üçün Azərbaycana gələn qonaqların daşınması Heydər Əliyev Beynəlxalq Aeroportundan həyata keçirilir. WUF13 çərçivəsində ümumilikdə 9 HUB, 2 son məntəqə və 67-dən çox aralıq dayanacaq fəaliyyət göstərir.

Ümumilikdə tədbirlə bağlı daşımalar başlayandan (12-17 may tarixlərində) hava limanı, HUB-lar və tədbir məkanı arasında avtobuslarla 2 909 səfər yerinə yetirilib və 23 671 sərnişin daşınıb. Daşımalara ümumilikdə 180 avtobus cəlb olunub.

Qeyd edək ki, sözügedən marşrutların idarə olunması və nəqliyyat əməliyyatlarının icrası AYNA-nın Monitorinq Mərkəzi tərəfindən 24/7 rejimində izlənilir. Nəqliyyat əməliyyatlarının həyata keçirilməsi üçün sürücü və idarə heyəti də daxil olmaqla 1500-ə yaxın əməkdaş prosesə cəlb olunub.

Digər xəbərlər

Rusiyada üç ay ərzində 200 mindən çox kiçik müəssisə bağlanıb...

Müharibə vergiləri və tələbatın azalması özəl biznesi boğur...

Rusların yarıdan çoxunun tətil üçün kifayət qədər pulu yoxdur...

Üçdə birinin isə yemək üçün kifayət qədər pulu yoxdur...

Çin bu barədə susmağa çalışır...

İqtisadiyyat tənəzzülə uğrayır və Pekinin imicinə ümidsiz şəkildə ziyan dəyib...

Vəziyyət Maliyyə Nazirliyi üçün kritikdir...

Rus rublu maliyyə qaydalarına baxmayaraq möhkəmlənməyə davam edir...