PDF Oxu

İqtisadiyyat

  • 3 023

Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək

image

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun rəsmi açılışı iyunun 2-də keçiriləcək. SİA xəbər verir ki, bununla bağlı mərasim Gürcüstanın Axalkalaki stansiyasında keçiriləcək.

Tədbirdə Gürcüstan, Azərbaycan və Türkiyədən rəsmi şəxslərin iştirakı nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildən etibarən test rejimində fəaliyyət göstərsə də, layihənin rəsmi istifadəyə verilməsi yalnız indi baş tutacaq. Magistralın ümumi uzunluğu 827 kilometr təşkil edir ki, bunun da 213 kilometri Gürcüstan ərazisindən keçir. Layihənin Gürcüstan hissəsinin tikintisi Azərbaycan tərəfindən ayrılmış 775 milyon ABŞ dolları kredit hesabına maliyyələşdirilib. Kreditin layihədən əldə olunacaq gəlirlər hesabına qaytarılması planlaşdırılır.

"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) "Report"un Gürcüstan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 2023-cü ilin may ayından 2024-cü ilin may ayınadək ADY Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi üzrə işlər həyata keçirilib və layihə uğurla yekunlaşdırılıb. Aparılan yenidənqurma işləri nəticəsində BTQ xəttinin illik ötürücülük qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.

Digər xəbərlər

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...

İki fərqli şəkil...

Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?