PDF Oxu

İqtisadiyyat

  • 1 422

Azərbaycan neftinin qiyməti təqribən 100 dollara düşüb

image

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,73 ABŞ dolları və ya 1,7 % azalaraq 100,57 ABŞ dolları təşkil edib.

Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 96,8 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,69 ABŞ dolları və ya 1,7 % azalaraq 98,38 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Digər xəbərlər

Avropada qaz qiymətləri düşməyə başlayıb...

Son günlərdə bir neçə qaz daşıyıcısı Hörmüz boğazından uğurla keçib...

Rusiya fond bazarı son altı ayda ən aşağı səviyyəyə düşüb...

Moskva Birjasının indeksi Rusiya Xarici İşlər Nazirliyinin Kiyevə hava hücumları elan etməsindən sonra kəskin şəkildə aşağı düşüb...

İtaliya fond bazarı 26 ilin ən yüksək səviyyəsinə çatıb...

Əsas indeksin artımı enerji və istehsal səhmləri hesabına baş verib...

The National Interest: “Bir kəmər, bir yol” tikişləri partlayır...

Kremlin müharibələri Çin və Orta Asiyaya zərbə vurub...