Bu ilin yanvar-mart aylarında Azərbaycana Afrika qitəsi ölkələrindən ümumilikdə 3 min 380 turist səfər edib.
SİA rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 % çoxdur.
Üç ay ərzində ölkəyə Əlcəzairdən 1 073 nəfər (+87,3), Mərakeşdən 616 nəfər (-12,3 %), Komor adalarından 260 nəfər (-26,3 %), Nigeriyadan 236 nəfər (2 dəfə çox), Cənubi Afrikadan 228 nəfər (-24,3 %), Sudandan 221 nəfər (-19,9 %), Efiopiyadan 113 nəfər (2,9 dəfə çox), Keniyadan 83 nəfər (-33,1 %) və Tunisdən 81 nəfər (+5,5 %) turist Azərbaycana səfər edib.
Bundan başqa, ölkəmiz Qanadan 56 nəfər (+3,7 %), Liviyadan 44 nəfər (+2,3 %),Sierra-Lionedən 38 nəfər (6,3 dəfə çox), Somalidən 30 nəfər (-41,2 %), Çaddan 22 nəfər (3,1 dəfə artıb), Mavritiusdan 22 nəfər (+ 22,2 %), Seneqaldan 22 nəfər (+69,2 %), Uqandadan 20 nəfər (-35,5 %), Fil Dişi Sahilindən 19 nəfər (2,1 dəfə artıb), Kamerundan 17 nəfər (-32 %), Zimbabvedən 17 nəfər (-10,5 %), Tanzaniyadan 16 nəfər (-27,3 %), Demokratik Konqodan 14 nəfər (3,5 dəfə artıb ), Qvineyadan 13 nəfər (-71,7 %), Ruandadan 13 nəfər (+30 %), Eritreyadan 10 nəfər (+25 %), Burkina Fasodan 10 nəfər (3,3 dəfə çox), Konqodan 10 nəfər (10 dəfə çox), Mavritaniyadan isə 10 nəfər (-47,4 %), turist qəbul edib.
Həmçinin 3 ay ərzində, Malidən 8 nəfər (-33,3 %), Mozambikdən 6 nəfər (+50 %), Nigerdən 6 nəfər (+50 %), Qabondan 6 nəfər (2 dəfə çox), Burundidən 5 nəfər (-28, 6 %), Qambiyadan 5 nəfər (-37,5 %), Anqoladan 4 nəfər (2 dəfə çox), Benindən 4 nəfər (2 dəfə çox), Svazilenddən 4 nəfər (ötən ilin ilk rübündə gələn olmayıb), Toqodan 4 nəfər (-20 %), Namibiyadan 3 nəfər (-25 %), Sudandan 3 nəfər ( ötən ilin ilk rübündə gələn olmayıb), Zambiyadan 3 nəfər (-40 %), Cibutidən 2 nəfər (-77,8 %), Liberiyadan 2 nəfər (-85,7 %), Madaqaskardan isə 1 nəfər (-75 %) turist Azərbaycana səfər edib.
Bu ilin I rübündə Azərbaycana 172 ölkədən 484,4 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Son günlərdə bir neçə qaz daşıyıcısı Hörmüz boğazından uğurla keçib...
Moskva Birjasının indeksi Rusiya Xarici İşlər Nazirliyinin Kiyevə hava hücumları elan etməsindən sonra kəskin şəkildə aşağı düşüb...