"Bu gün imzalanmış Azərbaycan-ABŞ İqtisadi Dialoqunun protokolu iki ölkə arasında konstruktiv dialoqun davam etdirilməsinə töhfə verəcək." Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən 1-ci Azərbaycan-ABŞ İqtisadi Dialoqu tədbirində Azərbaycan və ABŞ münasibətlərinin intensiv inkişafını, Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadi tərəfdaşlığımızın gücləndirilməsində əhəmiyyətli rolunu qeyd etdik. Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu və Orta Dəhliz üzrə ticarət əlaqələrinin genişləndirilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi, kritik minerallar üzrə tədarük zəncirlərinin inkişafı, nəqliyyat, logistika və rəqəmsal infrastruktur sahəsində yeni investisiya imkanlarının dəyərləndirilməsi barədə fikirlərimizi bölüşdük. Tədbirin yekununda imzaladığımız Protokol birgə layihələrin müəyyən edilməsinə, biznes əlaqələrimizin gücləndirilməsinə və qarşılıqlı faydalı təşəbbüslərin reallaşdırılması üçün konstruktiv dialoqun davam etdirilməsinə töhfə verəcək", - deyə o qeyd edib.
Mətləb
Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...
Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...
Bir mədən dünya rekordu qıra bilər...
Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?