PDF Oxu

İqtisadiyyat

  • 1 230

PAŞA Kapital 2025-ci ilin maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirib

image

Bu gün PAŞA Kapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrinə dair mətbuat konfransı keçirib. SİA xəbər verir ki, tədbirdə şirkətin Baş İcraçı direktoru İsi Mustafayev, Baş İcraçı direktorun müavini Elnur Fətullayev və şirkətin Mətbuat xidmətinin rəhbəri Gülşən Cumayeva iştirak ediblər.Mətbuat konfransında PAŞA Kapitalın 2025-ci il üzrə fəaliyyət nəticələri, ticarət dövriyyəsi və bazardakı mövqeyi barədə məlumat verilib. Bildirilib ki, hesabat dövründə şirkətin ticarət göstəricilərində və bazar payında artım müşahidə olunub, qiymətli kağızlar bazarında aktiv iştirak təmin edilib.Tədbir çərçivəsində şirkətin 2025-ci il üzrə əsas maliyyə göstəriciləri də açıqlanıb. Qeyd olunub ki, gəlirlər, komissiya gəlirləri və aktivlər üzrə müsbət dinamika qeydə alınıb, öhdəliklərin azalması isə maliyyə dayanıqlılığının daha da möhkəmlənməsinə şərait yaradıb.Konfrans zamanı 2025-ci ildə həyata keçirilmiş əsas layihələr haqqında da məlumat verilib. Eyni zamanda, şirkətin 2027–2029-cu illəri əhatə edən inkişaf strategiyasının prioritet istiqamətləri təqdim olunub. Strategiya çərçivəsində kapital bazarındakı mövqenin gücləndirilməsi, yeni maliyyə alətlərinin tətbiqi və müştəri bazasının genişləndirilməsi nəzərdə tutulur.Tədbirin sonunda jurnalistlərin sualları cavablandırılıb və şirkətin gələcək fəaliyyət planları barədə ətraflı məlumat verilib.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər