İyunun 9-da Bakı şəhərində yerləşən Bakı Marriott Hotel Boulevard-da X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti öz işinə başlayıb.SİA xəbər verir ki, sammit çərçivəsində maliyyə-bank sektorunun rəqəmsal transformasiyası, süni intellekt texnologiyalarının tətbiqi, ödəniş sistemləri, kibertəhlükəsizlik, komplayens və alternativ bankçılıq kimi aktual mövzular müzakirə olunur.Tədbirdə Azərbaycan və xarici ölkələrdən dövlət qurumlarının, maliyyə institutlarının və bank sektorunun nümayəndələri iştirak edirlər.
Sammitdə Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov, Azərbaycan Respublikası Mərkəzi Bankının Mətbuat katibi Namiq Əliyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov, Türkiyə Banklar Assosiasiyasının baş katibi Nurullah Bakır və digər rəsmi şəxslərin çıxışları nəzərdə tutulub.Tədbirin əsas məqsədi maliyyə-bank sektorunda innovativ yanaşmaların təşviqi, rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi və beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsidir.
Müəllif: Günay Hacıyeva
Sanksiyalar və Ukrayna dronları Kremlin neft gəlirlərini azaldır...
Xərclər gəlirlərdən təxminən iki dəfə sürətlə artıb...
Ucuz yuan Çinin iqtisadi modelinin əsas xüsusiyyətlərindən biridir...