PDF Oxu

İqtisadiyyat

  • 1 589

“Ödəniş ekosistemində xərclərin azaldılması və səmərəli mühitin yaradılması prioritetdir” -VÜSAL XƏLİLOV

image

AZQR ödəniş sistemi bizneslərin xərclərinin optimallaşdırılmasına və rəqabət qabiliyyətinin gücləndirilməsinə töhfə verir.SİA xəbər verir ki, bu fikirləri “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü Vüsal Xəlilov səsləndirib.O bildirib ki, AZQR standartının tətbiqi nəticəsində vətəndaşlar artıq müxtəlif ticarət və xidmət obyektlərində QR kod vasitəsilə rahat şəkildə ödəniş həyata keçirə bilirlər. V.Xəlilovun sözlərinə görə, sistemin əsas üstünlüklərindən biri əməliyyatların ölkə daxilində emal olunması və bazarda ən sərfəli ödəniş üsullarından biri hesab edilməsidir.“Bu yanaşma sahibkarların ödəniş əməliyyatları ilə bağlı xərclərini azaltmağa imkan yaradır. Eyni zamanda, bazarda rəqabət mühitinin güclənməsinə şərait yaradır və maliyyə sektorunda mövcud olan xərc yükünün azaldılmasına dəstək verir”, deyə o vurğulayıb.AMB rəsmisi əlavə edib ki, hazırda AZQR infrastrukturunun genişləndirilməsi istiqamətində ardıcıl işlər görülür. Onun sözlərinə görə, növbəti mərhələdə sistem çərçivəsində istifadəçilərə təqdim olunan xidmət və imkanların daha da artırılması nəzərdə tutulur.V.Xəlilov qeyd edib ki, həyata keçirilən tədbirlərin əsas məqsədi ödəniş ekosisteminin daha səmərəli fəaliyyətini təmin etmək, əməliyyat xərclərini minimuma endirmək və müasir rəqəmsal ödəniş mühitinin inkişafını sürətləndirməkdir.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər