PDF Oxu

İqtisadiyyat

  • 1 425

Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır

image

Yazlıq taxıl sahələrinin sığortalanması üçün nəzərdə tutulan müddət iyun ayının 15-də başa çatır. Aqrar Sığorta Fondu (ASF) yazlıq taxıl əkini ilə məşğul olan fermer və təsərrüfat sahiblərini taxıl sahələrini bu müddətin sonunadək dövlət dəstəkli aqrar sığorta vasitəsilə sığortalamağa çağırır.Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya bildirilib ki, aqrar sığorta vasitəsilə istehsalçılara məxsus əkin sahələri dolu, fırtına, qasırğa, sel-subasma, yanğın, eləcə də üçüncü şəxslərin hərəkətləri və vəhşi heyvanların hücumu kimi risklərdən sığortalanır. Sığorta haqqının 50 faizi dövləti tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi ödənişlə taxıl sahələrini sığortalaya bilirlər. Belə ki, ölkənin əksər ərazilərində 1000 manatlıq məhsul olan 1 hektar buğda və ya arpa sahəsinin sığortalanması fermerlərə cəmi 6-12 manata başa gəlir.Fermerlər taxıl sahələrini sığorta etmək üçün ASF-nin 1651 Çağrı Mərkəzinə müraciət edə bilərlər. Sığorta haqqı isə Asan Pay sistemi vasitəsilə asanlıqla ödənilir.ASF yazlıq taxıl becərən fermerləri öz məhsullarını qorumağa və sığortalamağa çağırır.Aqrar sığortanın əhatə etdiyi bitkiçilik məhsullarının sığorta şərtləri və tarifləri ilə ASF-nin rəsmi internet səhifəsində "Bitkiçilik məhsulları" bölməsində və “Bitkiçilik kalkulyator”u vasitəsilə ətraflı tanış olmaq mümkündür.Aqrar sığorta məhsulları, əkinlərin və heyvanların sığortalanması şərtləri, eləcə də sığorta haqları barədə ətraflı məlumatı ASF-nin rəsmi internet səhifəsi (asf.gov.az), sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsindən əldə etmək olar.

Digər xəbərlər