ABŞ Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyasının (DFC) Baş icraçı direktoru Ben Blek ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə investisiya imkanlarının müzakirəsi üçün Bakıya səfər edib.SİA xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.Bildirilib ki, Ben Blek səfər zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, eləcə də özəl sektor nümayəndələri ilə görüşərək qarşılıqlı maraq doğuran əsas sahələrdə investisiya və tərəfdaşlıq imkanlarını müzakirə edib.Ben Blekin səfəri iyunun 2-də keçirilmiş ilk ABŞ-Azərbaycan İqtisadi Dialoqunun davamı olmaqla yanaşı, fevral ayında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının həyata keçirilməsi istiqamətində atılan növbəti mühüm addımı əks etdirir.
Avropa qəti sanksiya tədbirləri görməlidir...
Ukrayna dronları bu prosesdə əsas rol oynayır…
Hansı mal və xidmətlərdə qiymət artımları ən çox müşahidə olunub?
İnkişaf trayektoriyaları əks istiqamətlərdə dəyişir...
AB Pekindən asılılığını azaltmaq niyyətindədir...