PDF Oxu

İqtisadiyyat

  • 3 039

Bakıda yeni heyvan bazarı fəaliyyətə başladı

image

Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Qeyd olunub ki, bu obyekt mövcud bazanın bərpası deyil, müasir tələblərə uyğun şəkildə tamamilə yenidən inşa olunmuş yeni heyvan bazarıdır.

Bazar baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun infrastrukturla təmin olunub. Obyektdə baytarlıq nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb, kliniki baxış platforması, dezbaryerlər, izolyatorlar, heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar quraşdırılıb.

Eyni zamanda, heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr təşkil edilib, su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri tam şəkildə qurulub.

Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı və Ağsu rayonlarında da heyvan bazarları fəaliyyətə başlayıb.

Mətləb

Digər xəbərlər

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...

İki fərqli şəkil...

Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?