Bu ilin yanvar-may aylarında Azərbaycanda heyvandarlıq məhsulları istehsalının ümumi dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 %, bitkiçilik məhsulları istehsalının ümumi dəyəri isə 1,1 % çox olub.SİA bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.Məlumata görə, iyunun 1-nə qədər tarlalardan 443,6 min ton tərəvəz (1 il əvvələ nisbətən 1,5 % çox), 168,9 min ton kartof (0,1 % çox), 54 min ton meyvə və giləmeyvə (55,4 % çox), 30,6 min ton dənli və dənli paxlalı bitkilər (69,1 % az), 556 ton yaşıl çay yarpağı (11,5 % çox) yığılıb.Bundan başqa, 5 ay ərzində ölkədə diri çəkidə 244,4 min ton ət, 915,3 min ton süd, 988,7 milyon ədəd yumurta, 10,7 min ton yun istehsal olunub. İllik müqayisədə ət istehsalı 4,7 % artıb, süd istehsalı 0,1 %, yumurta istehsalı 2,2 %, yun istehsalı isə 5,2 % azalıb.
Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...
Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...
Bir mədən dünya rekordu qıra bilər...
Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?