PDF Oxu

İqtisadiyyat

  • 2 803

Çad "ASAN xidmət" təcrübəsinin tətbiqində maraqlıdır

image

Çadın iqtisadiyyat, maliyyə, büdcə və beynəlxalq əməkdaşlıq naziri Tahir Hamid Nguelinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı "ASAN xidmət" modelinin bu ölkədə tətbiqinə maraq göstərildiyi bildirilib.Bu barədə SİA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.Bildirilib ki, nümayəndə heyəti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.Agentliyin sədrinin müavini Ceyhun Salmanov qonağa "ASAN xidmət" mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.Qonağa "ASAN xidmət" mərkəzlərinin fəaliyyətində tətbiq olunan müxtəlif texnoloji həllər ilə bağlı təqdimat da edilib.Qarşı tərəf Azərbaycanın "ASAN xidmət" təcrübəsinin öz ölkələrində tətbiqində maraqlı olduğunu bildirib.Qonaqlar "İNNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin,"ABAD" publik hüquqi şəxsin və "Bilim Bakı" mərkəzinin fəaliyyəti fəaliyyəti ilə də tanış olublar.

Digər xəbərlər

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...

İki fərqli şəkil...

Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?