Xəbərlər

  • 2 367

“Azərreyl" klubu avrokuboklarda mərhələ adlayıb

image

Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu Çağırış Kubokunda növbəti oyununu keçirib. SİA xəbər verir ki, komanda 1/32 final mərhələsinin cavab oyununda Slovakiya təmsilçisi "Slaviya" ilə üz-üzə gəlib.Dərnəgül Voleybol Mərkəzindəki qarşılaşma "dəmiryolçular"ın inamlı qələbəsi ilə başa çatıb - 3:0 (26:24, 25:14, 25:21).İlk qarşılaşmada rəqibini 3:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi iki görüşün nəticəsinə əsasən 1/16 finala yüksəlib.Qeyd edək ki, "Azərreyl" növbəti mərhələdə Almaniyanın "VFB 91 Zul" komandası ilə qarşılaşacaq.

sia.az

Digər xəbərlər