Paşinyan Eçimədzin kilsəsindəki terrorçuları zərərsizləşdirməklə ermənilərin alnına vurulan "terrorçu toplum" damğasını təmizləməyə cəhd edir
Mövcud reallıq ondan ibarətdir ki, erməni toplumu Azərbaycan ərazilərinə köçürülüb, burada möhkəmlənməsindən sonra azərbaycanlılara qarşı amansız soyqırımılar həyata keçiriblər. Bu vəhşiliklərin başında isə çox zaman erməni kilsəsi dayanıb. Erməni kilsəsi müxtəlif xarici dini mərkəzlərdən təlimatlar və hərbi, maliyyə yardımları almaqla onları ağıllı olmayan bədbəxt erməni toplumuna ötürüblər. Nəticədə azərbaycanlılar hədəfə alınıb, öldürülüb, evləri talan olunub, yandırılıb, tarixi abidələri, min ilik yaşı olan memarlıq nümunələri yer üzündən silinib. 1895-1913-cü illərdə Rusiyanın Türkiyədəki konsulu və diplomatı olan general Vladimir Mayevski kilsələrin fəaliyyəti barədə qeyd etmişdir: “Erməni dini liderlərinin dini fəaliyyəti yoxa bərabərdir. Onlar ibadətdənsə, özləri ilə bağlı fikirlərin yayılması sahəsində daha böyük işlər görməklə məğşuldurlar”.
Birinci və ikinci Qarabağ müharibələri zamanı erməni kilsəsinin qaniçən terror yolu tutmasını qeyd etməklə bu dini mərkəzin əslində terror yuvası olduğunu bir daha təsdiqlənmiş olar. Ermənilərin dini lideri hesab olunan II Qaregin döyüşlərdə qan tökmək, mülki əhalini öldürmək, azərbaycanlıları girov götürərkən onlara rəhm etməmək haqında erməni terrorçu dəstələrinə çağırışlar edirdi. Hətta elə erməni kilsə nümayəndələri vardı ki, onlar əllərinə silah alıb, döyüşə gedirdilər. Lakin təlimatlarla döyüşə qatılsalar da, daxilən qorxaq və cəsarətsiz olduqlarından elə ilk döyüş meydanında qüdrətli Azərbaycan əsgərinə təslim olurdular. Təslim olduqlarından sonra II Qareginin nəsli - nəcabatına qədər söyüb, təhqir etməkdən, Paşinyana qarşı sərt ittihamlar irəli sürməkdən çəkinməmişlər. Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Saakyan Araratoviç döyüş meydanında Azərbaycan əsgərinin qabağına qaçıb, təslim olduqdan sonra bir sıra maraqlı açıqlamalarla, etiraflarla çıxış etmişdir. Hovsep Saakyan Araratoviç döyüşə qatılmaqla böyük səhvə, yanlışlığa yol verdiyini bəyan edib, daha sonra II Qareginin göstərişi ilə müharibəyə gösnərildiyini bildirimişdir: “Məni məcburən ön cəbhəyə yollayıblar. Mən çox şadam ki, Allah mənə fürsət verdi ki, mən bu yerdə danışım, müraciət edim. Bildirim ki, mən ilk öncə Ermənistanın Allahverdi rayonunda, daha sonra isə Gümrü şəhərində fəaliyyətə başlamışam”.
Kilsədə terrorçular yetişdirilir
Hovsep Saakyan Araratoviç erməni hiyləgərliyinə uyğun şəkildə özünü terror yuvası olan kilsənin əsgəri kimi deyil imanlı, dindar insan kimi göstərməyə çalışırdı. O, yazıq forma alıb, demişdir: “Mənə hərbi komissarlıqdan zəng edib dedilər ki, sən hərbi komissarlığa gəlməlisən. Mən hərbi komissarlığa gedəndə dedim ki, mən pastoram imanlı insanam və mən əlimə silah götürüb heç kəsi öldürməyəcəm. Lakin mənə dedilər ki, bunun heç bir əhəmiyyəti yoxdur, sən ön cəbhəyə getməlisən. Mən ön cəbhəyə getdim, Qubadlıda oldum. Heç bir saat keçməmiş orada mərmilər partlamağa başladı. Mən ayağımdan yaralandım. Məni hospitala köçürmək istəyirdilər. Yolda yenə də mərmi partlayışına düşdüm. Yanımdakı hər kəs həlak oldu, bir tək mən sağ qaldım. Allah mənim həyatımı qoruyub saxladı, yenii bir imkan, fürsət verdi. Əgər ikinci imkanım olsaydı, müharibəyə deyil, arxa cəbhədə hospitala gedib, yaralı insanlara kömək edərdim. İstəyirəm xalqıma deyim ki, sülhdə yaşasınlar, qan tökməsinlər”.
Təbii ki, Hovsep Saakyan Araratoviçin dilə gətirdiyi xalqlar arasında sülhün əldə edilməsi mümkünsüzdür. Çünki erməni kilsəsi regionda sülhün və təhlükəsizliyin yaranmasına qarşıdır. Onlar regionda qarşıdurmaların baş verməsini, insanların öldürülməsini istəyirlər.
Paşinyan ikinci Qarageni məhv etməyə hazırlaşır
Diqqətçəkən məqam ondan ibarətdir ki, erməni kilsəsini regionda gərginlik ocağının yaradılmasına təhrik edən xarici qüvvələr arasında əsas sifarişçi Rusiyadakı hakim rejim hesab edilir. Xüsusilə də Kremilin qaranlıq dairələri Paşinyan hakimiyyətinin reallıqdan çıxış edərək Azərbaycan və Türkiyəyə yaxınlaşmasını həzm edə bilmirlər. Ona görə də, Eçmiədzindəki əlalıtıları vasitəsi ilə hakimiyyətə təzyiq göstərməyə çalışırlar. 2024-cü ildə keşiş Baqrat Qalstanyan vasitəsi ilə Paşinyanı hakimiyyətdən salmağa çalışan Rusiya indi də ikinci Qaragen vasitəsi ilə ölkəni qarışdırmağa çalışır. Lakin görünən ondan ibarətdir ki, Paşinyan Rusiyanın oyun qaydalarını pozmağa çalışır. Ona görə də, kilsədə kök salan terrorçuları zərərsizləşdirməyə cəhdlər göstərir. Bununla həm rəqiblərini sıradan çıxartmağa, həm də ermənilərin alnına vurulan "terrorçu toplum" damğasını aradan qaldırmağa ümid edir. Artıq Paşinyan kilsə daxilində Rusiyaya bağlı olan terrorçuları həbs etməyə başlayıb. Ermənistanda hakimiyyətin silahlı yolla ələ keçirilməsinə cəhd işi ilə bağlı 15 nəfər, o cümlədən “Müqəddəs mübarizə” hərəkatının başçısı arxiyepiskop Baqrat Qalstanyan, eləcə də qatı millətçi “Daşnaksütyun” terror təşkilatının rəhbərliyində təmsil olunan şəxslər həbs edilib. Eyni zamnda Ermənistanın Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyan İrəvan Birinci İnstansiya Məhkəməsinin qərarı ilə həbs edilib. Məlumata görə, Acapaxyan iki aylıq müddətə həbs edilib, müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir. İlkin məlumata görə, arxiyepiskop Nubaraşen cəzaçəkmə müəssisəsinə aparılacaq.
Paşinyan əsas rəqibi olan ikinci Qaragenin sıradan çıxartmaq üçün onun haqqında əsaslı məlumatlar səsləndirib. Bu barədə baş nazir Nikol Paşinyan Facebook səhifəsində yazıb. Paşinyan qeyd edib ki, ikinci Qaragen evlidir və onun iki övladı var. Paşinyana görə, ikinci Qaragenin ailə qurması kilsə qanunlarına ziddir: “Düşünürəm ki, Ktriç məhkəməyə yazılı vəsatət verərək, qətimkan tədbiri seçilərkən nəzərə alınsın ki, Ktriç kimi “müqəddəs” bir ay arvadsız (qadınsız) yaşaya bilməz. Bundan əlavə, ərizə şəxssiz də ola bilər,yəni başqa "müqəddəslər" üçün də istifadə oluna bilər, kiminsə qadınsız, kiminsə kişisiz bir ay yaşaya bilməyəcəyi də vurğulana bilər. Ya da bəzən qadınsız, bəzən kişisiz. Mövsümdən asılı olaraq”.
Bir sözlə görünən ondan ibarətdir ki, Ermənistanda hakimiyyətlə kilsə arasında qarşıdurma gərgin xarakter alıb. Paşinyanın əlində təsir və təzyiq, eləcə də həbsetmə imkanları olduğundan kilsə məğlubiyyətə uğrayacağı gözləniləndir. Lakin Paşinyanın qalib gəlməsi uzun çəkə bilər. Çünki ikinci Qaragenin arxasında Rusiya kimi qəddar və geniş imkanlara malik qüvvə dayanır. Həmin qüvvə kilsəyə hər cür dəstək göstərməklə Paşinyanı çıxılmaz duruma sala bilər. Hətta proseslərə əlavə terror dəstələrini cəlb etməklə Ermənistanda yeni iğtişaşlar, qarşıdurmalar törətməyə nail olar. Ona görə də, hakimiyyətlə-kilsə arasında savaş hələ uzun çəkəcək.
Tarixən erməni kilsəsi terroru həyata keçirən mərkəzlərdən olub
Birmənalı şəkildə demək olar ki, erməni kilsəsinin hər bir üzvü potensial terrorçudur və ya terror etməyə meyillidir. Elə hallar olub ki, erməni kilsə nümayəndələri əyinlərinə keşiş paltarı geyinib, Osmanlıların və Azərbaycanın müxtəlif iri şəhərlərdə terror aktları törədiblər, yüzlərlə insanın ölümünü həyata keçiriblər. Hələ 17-ci və 18-ci əsrlərdə onların dini mərkəzi olan Eçmiədzin kilsəsinin əsas işi bölgədə pozucu rol oynamaq olub. Erməni katolikosları vaxtaşırı İrəvan xanlığına hücumlar təşkil edib, qarətlər, yanğınlar törədiblər. Bəzi hallarda xarici qüvvlər hesabəna İrəvana, Zəngəzura və digər Azərbaycan ərazilərini hücumlar təşkil ediblər. 1780-ci ildə Karte-Kaxetiya çarlığının İrəvan xanlığına hücum etməsində erməni kilsəsinin xüsusi rolu olmuşdur. Nəticədə, İrəvanın məhv edilməsi problemi yaranmışdır. Yalnız Osmanlı imperiyasının yardımından sonra erməni kilsəsi geri çəkilmiş və kənar qüvvələr iddialarından imtina etmişlər. Bundan sonra İrəvan xanlığı əvvəlki iqtisadi qüdrətini bərpa edə bilmişdir. İrəvan xanlığında yaranan sakitlik bir qədər sonra İran şahlarının xanlığa olan hücumları ilə pozulmuşdur. 1795-ci ildə Ağa Məhəmməd xan Qacar İrəvan xanlığına hücum edərək Mirmehdi xanın nəvəsi Məhəmməd xanı hakimiyyətdən devirərək onun yerinə Əliqulu xanı İrəvan xanı təyin etmişdir. Amma Əliqulu xanın da hakimiyyəti uzun çəkməmişdir. 1979-cu ildə Ağa Məhəmməd xan Qacarın öldürülməsindən sonra Məhəmməd xan Əliqulu xanı devirərək İrəvanda hakimiyyəti ələ almışdır.
Kilsənin xəyanəti bağışlanmadı
Erməni kilsəsinin xəyanət yolu tutmasını görən o dövrün böyük sərkərdəsi Pənahəli xan onları cəzalandırmaq qərarına gəlir. Sarayda məclis quran Pənahəli xan satqın erməni məliklərini və kilsə nümayəndələrini ora dəvət edir. Xan erməni məliklərinin xəyanətini sübut etdikdən sonra onların bir neçəsini şəxsən özü məhv edir, qalanlarını isə ömürlük həbsdə saxlanılması üçün Ərbədil xanına təhvil verir. Sarayda keçirilən məclisdə erməni məliklərini zərərsizləşdirməsindən sonra ətrafdakı ermənilər də Pənahəli xandan qorxmağa, onun əmrlərinə tabe olmağa başlamışlar. Məhz bundan sonra Pənahəli xan Qarabağın ərazilərini genişləndir. Bunun da nəticəsində Pənahəli xan İrəvan, Gəncə, Naxçıvan və Ərdəbili Qarabağ xanlığına birləşdirə bilmişdir. Təbii ki, Qarabağın ərazisinin genişlənməsi fonunda xanlığın güclənməsi İran şahını ciddi narahat etmişdir. Məhz bu narahatlığı aradan qaldırmaq və xanlığı məhv etmək üçün 1757-ci ildə Məhəmmədhəsən xan Qacar Qarabağa hücum etmişdir. Tarixdə "Xatın arxı" kimi adı qeyd olunan ərazidə gedən döyüşlərdə Pənahəli xan böyük iştəha və iddialarla xanlığa hücum etmiş Məhəmməd xan Qacarı məğlub etmişdir. Bu döyüşdə Pənahəli xan şəxsi şücaət, yüksək döyüş nümunəsi göstərmişdir. Darmadağın edilən indiki fars –molla rejiminin ərazisində olmuş xanlığın tör-töküntüləri qaçarkən o dövr üçün çox əhəmiyyətli hesab olunan 150-yə yaxın tüfəngi, 5 ədəd isə topu döyüş meydanında qoyub qaçmışlar. Sonrakı mərhələdə indiki fars –molla rejiminin ərazisində olmuş xanlıq erməni kilsəsi ilə əlaqələr yaratmış və Eçmiədzin kilsəsinin dəstəyi və qurulan məkrli oyun nəticəsində Pənahəli xan zəhərlənərək öldürülmüşdür. Bu isə onu təəssüf hissi ilə deməyə əsas verir ki, dünən olduğu kimi, bu gün də fars-molla rejimi ermənilərlə, xüsusilə də erməni kilsəsi ilə əməkdaşlıq edir.
İLHAM ƏLİYEV