26 dekabr 2025-ci il tarixdə YAP Samux rayon təşkilatının Ziyadlı kənd, Ziyadlı kənd tam orta məktəb və Hacıalılı kənd ərazi partiya təşkilatlarının hesabat-seçki yığıncağı keçirilib.
Yığıncaqda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat məruzələri dinlənilib.
Sonra yığıncaqda çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Yeni Azərbaycan Partiyasının müasir müstəqil ölkəmizin inkişafındakı rolundan bəhs edib. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyası bundan sonra da inamlı qələbələrə imza atacaq. Sədr qeyd edib ki, partiyanın irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar Azərbaycan dövlətinin daha da güclənməsinə, xalqın rifahının yüksəlməsinə töhfələr verəcək.
Çıxış edən ərazi partiya təşkilat sədrləri Elvin Quliyev, Şəfəq Alıyeva, Qələmkar Nəsibova müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb, dövlətçilik strategiyasının ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar.
Sonda Ziyadlı və Hacıalılı ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş qiymətləndirib.