Xəbərlər

  • 4 517

YAP Nərimanov rayon təşkilatı humanitar aksiya keçirib FOTOLAR

image

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının təşəbbüsü ilə Novruz Bayramı münasibətilə Nərimanov rayonunda yaşayan şəhid, qazi və aztəminatlı ailələrə humanitar yardım aksiyası bu gün də davam etdirilib. Aksiya çərçivəsində YAP Nərimanov rayon təşkilatının əməkdaşları və könüllüləri rayon ərazisində yaşayan şəhid, qazi və aztəminatlı ailələrin yaşadıqları mənzillərə gedərək onlara gündəlik ərzaq məhsullarından ibarət bayram sovqatını təqdim ediblər.

Aksiyada Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı ilə birgə Ərazi Partiya Təşkilatlarından Azərbaycanın Təhsil Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, Baku Steel Company, AVRORA Group MMC iştirak ediblər. Şəhid, qazi və aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, humanitar yardım aksiyası 16-17 mart tarixlərində davam etdirilib.

Digər xəbərlər