Xəbərlər

  • 1 873

Ramil Şeydayevə 3 oyunluq cəza

image

AFFA-nın İntizam Komitəsi “Qarabağ” klubunun futbolçusu Ramil Şeydayevi ikisi şərti olmaqla, üç oyunluq cəzalandırıb. Belə qərarın qəbul edilməsi hücumçunun “Sumqayıt”a 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXXV tur matçından sonra rəqib oyunçuya əl-qot atması səbəb olub. Ağdam təmsilçisi bunun üçün 2400 manat məbləğində cərimələnib.

Bundan əlavə, R.Şeydayevlə mübahisə edən "Sumqayıt"ın legioneri Todor Todoroski də eyni cəza ilə üzləşib. "Gənclik şəhəri"nin təmsilçisi də eyni məbləğdə ziyana düşüb.

Digər xəbərlər