Xəbərlər

  • 1 674

İkardi 21 qol vurdu, Ümit Özat saçlarını rənglədi...

image

“Fənərbaxça”nın keçmiş kapitanı Ümit Özat saçlarını sarı- qırmızıya boyayıb. Onun bu addımının çox maraqlı səbəbi var. Belə ki, keçən il argentinalı ulduz futbolçu Mario İkardi yenicə “Qalatasaray” klubuna transfer olunan zaman Ü.Özat onunla bağlı proqnoz vermiş, argentinalı futbolçunun bir mövsümdə 20 qol vura bilməyəcəyini bəyan etmişdi. Keçmiş “Fənərbaxça”lı bunun əksi baş verəcəyi təqdirdə saçlarını sarı-qırımızı rəngə boyayacağına söz vermişdi.

Budur artıq mövsümün sonudur, “Qalatasaray” çempion oldu, M.İkardi də 21 qol vuraraq futbol üzrə Türkiyə Superliqasında bombardirlər siyahısında zirvədə yer alır. Ü.Özat da verdiyi sözə əməl edərək dünən saçlarını sarı qırmızı rəngə boyayıb. Sosial şəbəkələrdə bu hadisə böyük marağa səbəb olub. Bir çox “Fənərbaxça” azarkeşləri isə Ü.Özatın bu addımını sərt tənqid ediblər.

Mətləb Salahov

Digər xəbərlər