Mario İkardi Türkiyə Super Liqasında rekorda imza atıb.SİA-nın əldə etdiyi məlumata görə, bu barədə yerli mətbuat məlumat yayıb. Türkiyə çemponatının 6-cı turunda "Qalatasaray" səfərdə “Başakşehir”in qonağı olub – 2:1. Qonaqların qələbə qolunu vuran futbolçu rekorda imza atıb.Oyunçu ardıcıl 12 oyunda qol vuran ilk futbolçu olub. 30 yaşlı forvard bu müddət ərzində 19 dəfə fərqlənməyi bacarıb. İkardi bunadək 11 qolla ən yaxşı göstəriciyə malik olan Burak Yılmazın rekordunu qırıb.