PDF Oxu

Xəbərlər

  • 2 843

Zəfər Paradının sevincini bu il də qürurla qeyd etdik - ŞƏRH

image

2020-ci il dekabrın 10-da tariximizin ən vacib hadisələrindən birinə şahidlik edən Bakının Azadlıq meydanında Qələbəyə həsr olunmuş qürurlu anlarla müşayət olunan Zəfər Paradı keçirildi. Bu Parad möhtəşəmliyi, hər birimizə yaşatdığı iftixar hissi, eyni zamanda misilsiz mənəvi dəyəri ilə böyük bir qələbənin yazıldığı şanlı tarixin təntənəsi idi. 44 günlük müharibədə müzəffər Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatı adı ilə qazandığı uğurun bütün dünyaya nümayişi idi. Tariximizin bütün təlatümlərinə, çoxsaylı mübarizələrinə, hadisələrinə şahidlik edən Azadlıq meydanında həmin gün tarixi anlar yaşandı. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi: ”Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər Paradıdır. Bu, tarixi hadisədir”.

İllər, əsrlər keçəcək yaşadığımız bu qələbənin, bu tarixi hadisənin sorağı gələcək nəsillərə də çatacaq və xalq tərəfindən Şanlı Qələbəmiz dönə-dönə xüsusi gün kimi qeyd ediləcək. Unudulmaz tarix əbədiyyən yaddaşımıza, ruhumuza, qəlbimizə həkk olunacaq.

Birliyimizin, gücümüzün nümayişi olan Zəfər Paradı həmrəyliyimizin təntənəsi idi.

Ali Baş Komandan İlham Əliyevin peşəkar diplomatiyası, düşünülmüş addımları ilə yanaşı Azərbaycan Ordusunun meydanda qazandığı qələbə tariximizin ən şanlı səhifəsini yazmağa müvəffəq oldu. Savaşla birgə diplomatiya sahəsindəki məqsədyönlü və iradəli uğurlar müharibədəki qələbəmizi qaçılmaz etdi. Qələbəyə gedən yol heç də asan olmadı. Ölkəmizə yönəlmiş təzyiq və hədələrin qarşısında yalnız Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və prinsipiallığı sipər kimi dayandı. Zaman atılan bütün addımların, qarşıya qoyulan bütün hədəflərin vaxtlı vaxtında, düzgün planlandığını göstərdi. Ölkə rəhbəri hərbi, diplomatik sahə ilə yanaşı, informasiya sahəsində də savaşı uğurla başa vurdu. 44 gün ərzində, həmçinin ondan sonrakı dövrdə də dünya mediasına çoxsaylı müsahibələri, çıxışları Azərbaycanın qətiyyətli mövqeyini gözlər önünə sərdi. Beləliklə, Azərbaycan tarixi ədaləti öz gücünə bərpa etdi. Qələbədən sonra keçirilən Zəfər Paradında xalq olaraq sevinc və qürürumzun təntənəsini birgə yaşadıq. Ədalət savaşımızda bizə mənəvi dəstəyini əsirgəməyən, hər zaman yanımızda olan Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan: “Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır“ deyərək Zəfər Paradında da bizimlə sevincimizi bölüşdü. Hər iki rəhbərin yan-yana duruşu və çıxışı qardaşlıq münasibətlərinin bariz nümunəsi idi. Bu birlik bu günümüzdən gələcəyimizə yönəlmiş bir mesaj, bir körpü idi. Peşəkar diplomatiya, bacarıqla yürüdülən mübarizə və atılan addımlar Azərbaycanı regionun ən güclü dövlətinə çevirməyi bacardı. Bir məmləkət üçün parçalarını bir araya gətirib bütövləşmək, güclü duruşu ilə düşmənə göz dağı verməkdən, azadlığından daha dəyərli heç nə ola bilməz. Xalq olaraq qələbəmizin simvolu kimi Zəfər Paradının sevincini bu il də qürur və fəxrlə qeyd etdik. Qələbəmiz daim olsun!.

İmmiyə Zamanova
YAP Səbail rayonu Neftçilər prospekti 24 ərazi təşkilatının sədri

Digər xəbərlər