PDF Oxu

Siyasət

  • 433

Ağstafa rayonunda şəhidlərin ildönümünlərində xatirələri anılıb

image

22 sentyabr 2025-ci il tarixində lokalxarakterliantiterrortədbirləri zamanı şəhid olmuş ağstafalı Tanırverdiyev Amil Elşən oğlunun və Mustafazadə Vəli Ceyhun oğlunun ildönümləri münasibətilə Poylu və Qarahəsənli kəndlərində məzarları ziyarət edilib, önlərinə gül dəstələri düzərək, əziz xatirələri böyük ehtiramla yad olunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə Poylu kəndində şəhid Amil Tanırverdiyevin xatirəsinə inşa olunan bulaq-kompleksinin önündə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra körpələrin və məktəblilərin ifasında vətənpərvərlik mövzusunda və şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Sonra tədbir iştirakçıları şəhid Amil Tanırverdiyevinməzarını ziyarət ediblər və ruhuna dualar oxuyublar.

Daha sonra Qarahəsənli kəndində şəhid VəliMustafazadənin də məzarı ziyarət olunub əziz xatirəsi ehtiramla anılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər