Xəbərlər

  • 654

“Prezident Kuboku 2024” beynəlxalq reqatasının ikinci günü başlayıb - FOTOLAR

image

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan avarçəkmə üzrə "Prezident kuboku" beynəlxalq reqatasının ikinci günü başlayıb. SİA xəbər verir ki, Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən reqatanın ikinci günündə komandalar 500-1500 m məsafədə kayak, kanoe və akademik növündə mübarizə aparacaqlar.

Yarışda 20-dən çox ölkədən 30-a yaxın komanda mübarizə aparır.

Qeyd edək ki, “Prezident kuboku 2024” mayın 3-də başa çatacaq.

Ləman Sərraf

Digər xəbərlər