Xəbərlər

  • 1 371

“Real” bu məşhur futbolçunun oğlu ilə müqavilə imzaladı

image

“Real” sabiq futbolçusu Marselonun oğlu Entso Alveşlə müqaviləni uzadıb. Bu barədə Marselo öz İnstaqram hesabında paylaşım edib. Mərkəz hücumçusu ilə 2026-cı ilin yayına qədər olan müqavilə daha bir illik artırılıb. Oğlunu təbrik edən Madrid klubunun sabiq kapitanı yazıb: “Oğlumu daha bir məqsədə nail olması münasibətilə təbrik edirəm! Sevinc, iş və məsuliyyət”. 15 yaşlı futbolçu İspaniyanın U-15 millisində də çıxış edir.

Qeyd edək ki, Braziliya millisinin üzvü olmuş Marselo 2007-2022-ci illərdə “Real”da oynayıb.

Mətləb

Digər xəbərlər