Xəbərlər

  • 1 070

Türkiyənin MMU-nun nümayəndə heyəti Hərbi Dəniz Qüvvələrini ziyarət edib - FOTOLAR

image

Türkiyə Respublikasının Milli Müdafiə Universitetin nümayəndə heyətinin ölkəmizə səfəri davam edir. SİA xəbər verir ki, xarici tədris gəzintisi" çərçivəsində ölkəmizdə səfərdə olan türkiyəli qonaqlar Hərbi Dəniz Qüvvələrini (HDQ) ziyarət ediblər.

HDQ-nin qərargahında keçirilən görüşdə Türkiyə nümayəndə heyətinə HDQ-də icra edilən fəaliyyətlərlə bağlı brifinq təqdim edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Daha sonra türkiyəli nümayəndələr Milli Müdafiə Universitetinə gəliblər. Burada qonaqlara Universitetin yaranma tarixi, əsas fəaliyyət istiqaməti, təhsil prosesi barədə brifinq təqdim edilib.

Görüşdə, həmçinin hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Digər xəbərlər