Xəbərlər

  • 1 571

Gürcüstan DİN aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq etdi

image

Gürcüstanın Daxili İşlər Nazirliyi ölkədə aksiya keçirmək istəyən insanlara sərt xəbərdarlıq edib. Bildirilir ki, polis qüvvələri mitinq iştirakçılarının zorakılıq hərəkətlərinin qarşısını qanun çərçivəsində alacaq. Bu zaman, Amerikanın və Avropanın qabaqcıl ölkələrində tətbiq edilən analoji sərt tədbirlər tətbiq olunacaq.

Bu barədə Gürcüstan DİN-də keçirilən brifinqdə Mərkəzi Kriminal Polis Departamentinin rəisi Teymuraz Kupatadze məlumat verib. O, Avropanın qabaqcıl ölkələrində və ABŞ-da polisin toplantılar və nümayişlər zamanı izdihamı idarə etmək və lazım gəldikdə qanunla müəyyən edilmiş xüsusi vasitələrdən istifadə etmək üçün tətbiq etdiyi tədbirlər haqqında ictimaiyyətə məlumat verib. Bildirib ki, Gürcüstan polisi toplantı və nümayişlər zamanı həmişə beynəlxalq standartlara uyğun hərəkət edir.

Mətləb

Digər xəbərlər