Sumqayıtda qardaşı arvadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. Sumqayıt şəhər Prokurorluğunun məlumatında deyilir ki, avqustun 9-da saat 12 radələrində Sumqayıt şəhərində yerləşən xəstəxanalardan birində müalicə alan 2001-ci il təvəllüdlü Cəmilə Rəsulovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1998-ci il təvəllüdlü İsrail Rəsulovun bıçaqla xəsarət yetirərək qohumu Cəmilə Rəsulovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. İsrail Rəsulov iş üzrə şübhəli şəxs qismində tutulub.
Mətləb
Ömürdən illər keçir, illər köçür. Yadda qalanı da olur, unudulanı da...