PDF Oxu

Xəbərlər

  • 1 768

Lənkəranın bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

image

Bu gün Lənkəran rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq. SİA xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq “Babək” hava xəttində iyulun 3-də təmir işi aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək rayonun Siyablı, saat 14:00-dan saat 16:00-dək Mollakənd, Narbağı, Rvo, Şovu, Təngivan kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Digər xəbərlər