Növbədənkənar parlament seçkilərində exit-poll keçirən beynəlxalq təşkilatdan biri "Oracle Advisory Group" saat 11:00-a ilkin məlumatları açıqlayıb. SİA xəbər verir ki, təşkilatın tərəfdaşı Vlada Galan bildirib ki, hazırda toplam olaraq 21 min sorğu üçün nəticə gözlənilir:
"Artıq 12 mini daxil olub, digər hissəsi emal olunur. Ölkə üzrə 63 min müsahibə keçiriləcək. Sahədə 40 nəzarətçi, toplam 875 seçki məntəqəsində 1750 sorğu aparan əməkdaşlarımız fəaliyyət göstərir".
O bildirib ki, hazırda demokratik seçkilər işləkdir:
"Nəticələrimiz barədə axşam saatlarında məlumat verəcəyik".